Poqba DÇ-2022-ni buraxa bilər
29.07.2022 - 17:15
Poqba DÇ-2022-ni buraxa bilər

“Yuventus”un yeni transferi Pol Poqba zədəli dizini necə müalicə edəcəyinə hələ qərar verməyib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Milan”ın hücumçusu Zlatan İbrahimoviçi əməliyyat edən məşhur həkim Bertrand Sonneri-Kotte ilə görüşmək üçün Fransaya yollanmağı düşünür.

Orta sahə oyunçusunun meniskis zədəsi gözləniləndən də pisdir. Həkimlər əməliyyat olunacağı təqdirdə təxminən 5 aya yaxın yaşıl meydanlardan uzaq qalacağını proqnozlaşdırır. Belə olarsa, futbolçu həm DÇ-2022-ni buraxacaq, həm də 2022-ci ili qapayacaq.

29 yaşlı futbolçu mundiala yollanmaq istədiyindən, daha tez sağalmasına kömək olacaq müalicə üsulları axtarır. ABŞ-da isə ona əməliyyat olunmaq məsləhət görülüb. Oyunçu bununla bağlı son qərarı gələn həftənin əvvəlində verməlidir.

Qeyd edək ki, Pol Poqba yay fasiləsində “Mançester Yunayted”dən “Yuventus”a qayıdıb.
 

writer photo
Əlirza Əlirzalı
0