Poqba qayıtdı
13.04.2023 - 14:05
Poqba qayıtdı

"Yuventus"un futbolçusu Pol Poqba zədəsini sağaldıb. 

Apasport.az saytının məlumatına görə, 2022-ci ilin iyulunda meydana qayıtdıqdan sonra iki matçda cəmi 34 dəqiqə oynayan yarımmüdafiəçi komandaya qoşulub.

Onun Avropa Liqasında "Sportinq"ə qarşı oyunda “Yuventus”a kömək edəcəyi də istisna deyil. İtaliya klubu “Sportinq”lə matça bu gün, Bakı vaxtı ilə saat 23:00-da çıxacaq.

Qeyd edək ki, sonuncu dəfə martın 5-də meydana çıxan 30 yaşlı fransalının məşqdə cərimə zərbələri yerinə yetirərkən əzələləri zədələnmişdi.  

writer photo
Əlirza Əlirzalı
0