Portuqaliya dünya çempionu olsa, Ronaldo karyerasını bitirəcək
18.11.2022 - 13:45
Portuqaliya dünya çempionu olsa, Ronaldo karyerasını bitirəcək

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun karyerasını bitirə biləcəyi vaxt bəlli olub.

Apasport.z saytının məlumatına görə, bunu 37 yaşlı hücumçunun özü açıqlayıb.

O bildirib ki, hələ bir müddət oynamaq istəsə də, qarşıdakı DÇ-2022 fikrini dəyişə bilər: “Hələ 2-3 il oynamaq istəyirəm. Bu, maksimumdur. Karyeramı 40 yaşında başa vurmaq istəyirəm. Düşünürəm ki, bu, yaxşı yaşdır. Amma gələcəkdə nə baş verəcəyini bilmək olmur. Həyat dinamikdir və bütün planlar gerçəkləşmir. Heç vaxt səni nə gözlədiyini bilmirsən. Portuqaliyaya dünya çempionu olmaqda kömək etsəm, karyeramı bitirəcəm? Bəli, bitirəcəm. Yüz faiz”.

Qeyd edək ki, Portuqaliyanın da iştirak edəcəyi DÇ-2022 iki gündən sonra start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0