Premyer Liqa klublarının gözü “Barselona”da
06.09.2022 - 16:05
“Barselona”nın futbolçusu Frenki de Yonqun İngiltərə klublarından birinə keçidi qış transfer pəncərəsində reallaşa bilər.
Apasport.az saytının məlumatına görə, “Mançester Yunayted” və “Çelsi” niderlandlının xidmətində hələ də maraqlıdır.
Yayda aldığı təklifləri rədd edən Frenki “Barselona”da qalmağa üstünlük verib. Premyer Liqa qarşıdakı aylarda vəziyyətin dəyişə biləcəyinə ümid edir.
Düzdür, hər iki komanda yarımmüdafiəçi alıb. Amma ingiltərəlilər de Yonqu da heyətinə qatmağın əleyhinə deyil.
Qeyd edək ki, “Mançester Yunayred” Kazemironu, “Çelsi” Denis Zakarianı transfer edib.
0
0