Premyer Liqa klubu 18 futbolçusunu göndərdi
04.07.2022 - 09:44
Ukrayna Premyer Liqasına yüksələn “Krivbass”da köklü islahat aparılıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bütün futbolçular yola salınıb.
Krivoy Roq təmsilçisi konkret olaraq 18 futbolçu ilə vidalaşdığını açıqlayıb. Buna isə müxtəlif səbəblərlə izah gətirilib. Bəzi oyunçular ölkənin düşdüyü vəziyyətlə əlaqədar komandanı tərk etmək istəyibsə, bəziləri elita səviyyəsinə uyğun hesab edilməyib.
Qeyd edək ki, Ukrayna Premyer Liqasında 2022/23 mövsümü avqustun 20-də start götürəcək.
0
0