Premyer Liqa klubu İspaniyadan futbolçu transfer etdi
11.01.2023 - 22:51
Premyer Liqa klubu İspaniyadan futbolçu transfer etdi

İspaniyalı müdafiəçi Aleks Moreno "Real Betis"dən ayrılıb və karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, futbolçu "Aston Vila" ilə 3,5 illik müqavilə imzalayıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb.

“Aleks komandamıza kömək edə biləcək yaxşı oyunçudur. O, son bir neçə mövsümdə La Liqanın ən yaxşı sol cinah müdafiəçilərindən biri olub və biz onun burada olmasından şadıq”, – deyə baş məşqçi Unai Emeri bildirib.

Qeyd edək ki, 29 yaşlı Aleks Moreno karyerası ərzində “Malyorka”, “Elçe” və “Rayo Valyekano” kimi klublarda çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0