Premyer Liqa klubu Ronaldonun transferində israrlıdır
24.10.2022 - 17:56
Premyer Liqa klubu Ronaldonun transferində israrlıdır

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qış fasiləsində İngiltərədə klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin sahibi Todd Boeli hələ də portuqaliyalı superulduzdan əl çəkmir.

O, 37 yaşlı forvardı heyətə cəlb etməkdə israrını davam etdirir. Baş məşqçi Qrem Potter də bu keçidə qarşı deyil. Todd Boeli hələ yayda Ronaldonu almağı düşünsə də, həmin vaxtkı baş məşqçi Tomas Tuxel buna qarşı çıxmışdı.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

writer photo
Əlirza Əlirzalı
0