Premyer Liqa klubunda ciddi itki
28.12.2023 - 11:48
"Brayton" ciddi itki ilə üzləşib.
Apasport.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Kaoru Mitoma zədə səbəbindən 4 həftə yaşıl meydanlarda olmayacaq.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat verib. 26 yaşlı hücumçu 18-ci turda "Kristal Palas"la keçirilən görüşdə (1:1) zədə alıb. Futbolçunun bu səbəbdən Asiya kubokunda Yaponiya yığmasına kömək etməsi sual altına düşüb.
Qeyd edək ki, Mitoma çıxdığı 17 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0