Premyer Liqa klubunda iki vida
15.06.2023 - 10:32
Premyer Liqa klubunda iki vida

“Nyukasl” mövsümlərarası fasilədə heyətində islahatlara başlayıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu iki futbolçusu ilə vidalaşıb.

Müdafiəçi Keran Klark və yarımmüdafiəçi Metyu Lonqstaff Prenyer Liqa təmsilçisini tərk edib. Müqaviləsi başa çatan oyunçularla yeni anlaşma imzalanmayıb.

Ötən ilin dekabrında zədələnən Lonqstfaff “Kolçester”dəki icarə müddəti bitdikdən sonra bərpa prosesini davam etdirəcək. Ötən mövsümdə “Şeffild Yunayted”də icarədə olan Klark isə yeni komanda axtarışındadlr.

Qeyd edək ki, ötən mövsüm Lonqstaff 10, Klark 11 matçda icarədə olduğu klubun formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0