Premyer Liqa klubunun Asensio planı
17.10.2022 - 17:43
Premyer Liqa klubunun Asensio planı

“Real”ın futbolçusu Marko Asensio karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Mançester Yunayted”in hədəfindədir.

Premyer Liqa klubu müqaviləsi yayda başa çatacaq oyunçunu bu qış heyətinə qatmağı planlaşdırır. “Real”ın 4 illik anlaşma təklifini geri çevirən Marko ildə 5 milyon avro maaşla razılaşmayıb. Bu üzdən madridlilər onu qış transfer dövründə satmağın əleyhinə deyil.

Qeyd edək ki, Asensio yayda da bir neçə klubun maraq dairəsində olsa da, keçid baş tutmayıb.
 

writer photo
Əlirza Əlirzalı
0