Premyer Liqa klubunun skautları Braziliyada
15.11.2022 - 14:07
Premyer Liqa klubunun skautları Braziliyada

“Nyukasl”ın transfer siyahısında yer alan daha bir futbolçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu “Botofoqo”nun hücumçusu Ceffersonun xidmətində maraqlıdır.

Premyer Liqa təmsilçisinin skautları Braziliyaya yollanıb. Onlar hücumçunun “Santos”la oyundakı çıxışını canlı izləyib.

Cefferson digər klubların da marağını çəkib. “Ayaks”la “Vest Hem” də 22 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, braziliyalı hücumçu A seriyasının son mövsümündə 24 oyunda 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0