Premyer Liqada sentyabrın futbolçusu açıqlandı
30.09.2022 - 15:19
İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu ada “Mançester Yunayted”in hücumçusu Markus Reşford layiq görülüb.
25 yaşlı qolçu digər namizədlər Filip Billinq (“Bornmut”), Kevin De Bruyne (“Mançester Siti”), Pyerr-Emil Hoybyerq (“Tottenhem”), Aleks İvobi (“Everton”) və Yakob Remsini (“Aston Villa”) qabaqlayaraq ayın oyunçusu seçilib.
Qeyd edək ki, Markus Reşford sentyabrdakı 2 matçda iki qol, iki məhsuldar ötürmə ilə yadda qalıb. Komandası hər iki görüşdə qələbə qazanıb.
0
0