Premyer Liqadan A seriyasına
17.08.2022 - 00:18
Premyer Liqadan A seriyasına

“Napoli” “Tottenhem”in yarımmüdafiəçisi Tanquy Ndombeleni heyətinə qatır.

Apasport.az saytının məlumatına görə, klublar arasında aparılan danışıqlardan sonra ilkin razılıq əldə olunub.

Anlaşmaya əsasən, neapollular 1 milyon avro qarşılığında 26 yaşlı oyunçunu birillik icarəyə götürəcək. A seriyası təmsilçisi mövsümün sonunda Fransa millisinin üzvünü 30 milyon avro ödəməklə birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Tanquy Ndombele ötən mövsümün ikinci yarısında icarə əsasında “Lion”da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0