İndoneziya prezidenti Coko Vidodo FIFA-ya müraciət edib.
Apasport.az saytının məlumatına görə, ölkə başçısı idmanın idarə olunması ilə bağlı problemin həllində ali futbol qurumundan kömək istəyib.
Coko Vidodo həmçinin İndoneziyada stadionların tam yoxlanılması barədə göstəriş verib və bildirib ki, Yava adasında baş vermiş faciə ilə bağlı araşdırmalar ən qısa zamanda başa çatdırılmalıdır: “Ən yaxşı həll yolunu tapmaq üçün bu faciəyə səbəb olan problemin kökünü bilmək istəyirəm. Futbol liqasının oyunlarına ev sahibliyi edən bütün stadionları yoxlamaq lazımdır”.
Qeyd edək ki, İndoneziya çempionatının “Arema” – “Persebaya” oyunundan (2:3) sonra azarkeşlərlə polis arasında qarşıdurma olub, çox sayda insan ölüb.