Səudiyyə Ərəbistanı çempionatında əcnəbi futbolçularla bağlı məhdudiyyət yumşaldıla bilər.
Apasport.az xəbər verir ki, Liqa rəhbərliyi növbəti mövsümdən etibarən komandaların siyahılarında 10-a qədər əcnəbi oyunçunun ola biləcəyi variantını nəzərdən keçirir.
Açıqlamada danışıqların müsbət yöndə irəlilədiyi və yeni mövsümdən etibarən tətbiqinin yollarının araşdırıldığı bildirilir. Bu yeniliyin transfer bazarında çevikliyi təmin etmək, çempionatı gücləndirmək və futbol ulduzları üçün cəlbediciliyi artırmaq məqsədi daşıdığı vurğulanır.
Qeyd edək ki, hazırda komandalar maksimum 8 əcnəbi futbolçunu iştirak ərizəsinə yazamaq ixtiyarına sahibdirlər.