PSJ-dən 40 milyonluq transfer
31.05.2022 - 13:14
PSJ-dən 40 milyonluq transfer

PSJ Nuno Mendeşin transfer hüququna yiyələnib.

Apasport.az xəbər verir ki, bu barədə Paris klubu məlumat yayıb.

Bildirilib ki, portuqaliyalı müdafiəçi “Sportinq”dən alınıb. 19 yaşlı cinah oyunçusu ötən mövsüm icarə əsasında çıxış etdiyi Fransa çempionu ilə 4 illik müqavilə imzalayıb. Bu keçid Lissabon klubuna 40 milyon avro qazandırıb.

Qeyd edək ki, Nuno Mendeş ötən mövsüm 40 oyunda 3 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0