PSJ-dən 50 milyon maaş təklifi
14.12.2022 - 17:03
PSJ-dən 50 milyon maaş təklifi

PSJ mərkəz hücumçusu axtarışlarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Fransa nəhəngi bu mövqeyə Markus Reşfordu almaq niyyətindədir.

Liqa1 təmsilçisi 25 yaşlı hücumçunun keçidini 2023-cü ilin yayında həll etməyi planlaşdırır. Markusa illik 50 milyon avro maaş təklif olunacaq. O, yalnız Lionel Messi, Kilian Mbappe və Neymardan az qazanacaq.

Reşford isə hələlik gələcək karyerası barədə qərara gəlməyib. Onun “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda bitəcək. Lakin klubun anlaşmanı daha bir il müddətinə uzatmaq hüququ da var.

Qeyd edək ki, Markus karyerası ərzində yalnız “Mançester Yunayted”də forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0