PSJ-dən “Mançester Yunayted”ə 50 milyonluq təklif
11.03.2023 - 13:27
PSJ-dən “Mançester Yunayted”ə 50 milyonluq təklif

PSJ “Mançester Yunayted”in kapitanını heyətinə qatmaq istəyir.

Apasport.az saytı xəbər verir ki, Fransa klubu Harri Maquayrın keçidi üçün ingilislərə 50 milyon avro təklif edib.

Mançester təmsilçisi qarşı tərəfə hələlik yekun cavab verməyib.

Qeyd edək ki, “qırmızı şeytanlar”ın aparıcı futbolçularından olan Maquayr 2019-cu ildən bu komandanın şərəfini qoruyur. İngiltərə millisinə də dəvət alan 30 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 21 matçda iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0