PSJ-dən "Vulverhempton"a - FOTO
18.01.2023 - 00:26
PSJ-dən "Vulverhempton"a - FOTO

PSJ-nin hücumameyilli yarımmüdafiəçisi Pablo Sarabia karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, cinah oyunçusu ispaniyalı baş məşqçi Xulen Lopeteqinin çalışdırdığı "Vulverhempton"la müqavilə imzalayıb.

30 yaşlı futbolçunun müqaviləsi 2,5 illikdir. "Vulverhempton"da Pablo Sarabia 21 nömrə ilə çıxış edəcək. Transferin 5 milyon avroya baş tutduğu deyilir.

Qeyd edək ki, Pablo Sarabia bu mövsüm PSJ-nin heyətində 19 matçda iştirak etsə də, fərqlənə bilməyib.

writer photo
Əlirza Əlirzalı
0