PSJ əsas penalti vuranını seçdi
22.08.2022 - 12:39
PSJ əsas penalti vuranını seçdi

2022/23 mövsümündə PSJ-nin əsas penalti vuranı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Kilian Mbappe və Neymarın zərbə üstündə mübahisəsini nəzərə alan baş məşqçi Kristof Qaltye oyunçuları sıralayıb.

Onun qərarına əsasən, cari mövsüm komandanın əsas penalti icraçısı Mbappe olacaq. Fransalıdan sonra Neymarla Lionel Messi gəlir.

Qeyd edək ki, Liqa1-in ilk 3 turunu itkisiz tamamlayan PSJ turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0