PSJ müdafiəçisini satır
11.08.2022 - 13:39
PSJ müdafiəçisini satır

PSJ-nin futbolçusu Tilo Kerer klubunu dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, Fransa təmsilçisi müdafiəçini satmağa qərar verib.

25 yaşlı almaniyalı iki klubun maraq dairəsindədir. Bunlar “Sevilya” və “Vest Hem”dir.

Qeyd edək ki, Kerer ötən mövsüm 34 oyunda 2 qol vurub. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0