PSJ-nin futbolçusu İspaniyada qaldı
01.02.2023 - 16:43
PSJ-nin futbolçusu Ander Erreranın taleyinə aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, “Atletik”də icarədə olan yarımmüdafiəçi İspaniya klubunda qalacaq.
Bunu Bilbao təmsilçisinin mətbuat xidməti açıqlayıb. Anderin icarə müddəti daha bir mövsümlük artırılıb. O, 2024-cü ilin yayına qədər “Atletik”də oynayacaq.
Qeyd edək ki, 2022-ci ilin yayında Bilbao təmsilçisinə keçən Errera icarə müddəti bitdikdən sonra azad agent statusu alacaq.
0
0