PSJ-nin kapitanı məşqlərə başlayıb
05.03.2024 - 09:07
PSJ-nin kapitanı məşqlərə başlayıb

PSJ-nin kapitanı Markinyos zədədən sonra formasını bərpa edir.

Apasport.az xəbər verir ki, braziliyalı müdafiəçi oyun öncəsi məşqdə iştirak etsə də, bir qədər diskomfort hiss edib. 

Futbolçunun qarşıdakı matça ehtiyat oyunçular skamyasında başlaması gözlənilir.

Markinyos PSJ-nin "Renn" (1:1) və "Monako" (0:0) ilə heç-heçə etdiyi son iki matçı buraxıb.

Qeyd edək ki, Luis Enrikenin komandası Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Real Sosyedad"la cavab matçı keçirəcək. PSJ-nin "Real Sosyedad"la ilk oyunu Liqa 1 nəhənginin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0