PSJ-nin prezidentinin evində axtarış aparıldı - SƏBƏB
06.07.2023 - 12:47
PSJ-nin prezidentinin evində axtarış aparıldı - SƏBƏB

PSJ klubunun prezidenti Nasser Al-Xelayfinin evində axtarış aparılıb.

Apasport.az saytı xəbər verir ki, bu, lobbiçi Tayeb Benabderrahmanın oğurlanması, qanunsuz saxlanması və işgəncələrə məruz qalması ilə bağlı aparılan istintaqla bağlıdır.

Əl-Xelayfinin sözçüsü bildirib ki, istintaq orqanlarına əlavə məlumatlara giriş icazəsi verilib. Hər şey hakimiyyət orqanları ilə tam əməkdaşlıq şəraitində baş verir.

Hətta bu səbəbdən PSJ-nin yeni baş məşqçisi Luis Enrikenin təqdimatı 3 saat təxirə salınıb.

writer photo
Əlirza Əlirzalı
0