PSJ “Real”ın hücumçusu Vinisyus Junioru heyətinə qatmaq niyyətindədir.
Apasport.az saytının məlumatına görə, Paris təmsilçisi ulduz futbolçu ilə bu barədə ilkin danışıq da aparıb.
Kilian Mbappenin “Real”a gedişinə son anda mane olan parislilər 22 yaşlı forvarda da “kral klubu” ilə yeni müqavilə bağlamamağı xahiş edib. Fransızlar Vinisyusa illik 40 milyon avro maaş, böyük imza bonusu və Qətərdə kommersiya layihələrində iştirak təklif edib.
“Real” isə Braziliya millisinin üzvü ilə 2027-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə bağlamaq istəyindədir. Futbolçu madridlilərdə qalsa, bonuslarla birlikdə illik 10 milyon avro qazanacaq.
Qeyd edək ki, Vinisyus Juniorun “Real”la hazırkı anlaşması 2024-cü ilin yayına qədərdir.