PSJ-nin yeni hədəfi odur
18.08.2024 - 18:44
PSJ-nin yeni hədəfi odur

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Apasport.az xəbər verir ki, fransızlar İtaliya təmsilçisi "Atalanta"nın heyətində yer alan Ademola Lookmanın xidmətində maraqlıdır. 

Hazırda futbolçu ilə danışıqlar aparılır, paytaxt klubu transferi qısa müddətdə tamamlamaq istəyindədir.

Nigeriyalı futbolçu özü də PSJ-də oynamağa isti baxır.

Qeyd edək ki, "Atalanta"da 79 matça çıxan 26 yaşlı hücumçu 32 qol vurub, 18 qol ötürməsi edib.

 

writer photo
Əlirza Əlirzalı
0