PSJ Ramosu yola saldı
03.06.2023 - 00:46
PSJ Ramosu yola saldı

İspaniyalı müdafiəçi Serxio Ramos PSJ-ni tərk edəcək.

Apasport.az saytı xəbər verir ki, bu barədə Paris klubundan açıqlama verilib.

Mövsümün sonunda klubla müqaviləsi bitən Ramosla yeni anlaşma imzalanmayacaq. PSJ açıqlamada futbolçuya təşəkkür edib: “Ramos əsil peşəkardır və bizə özü ilə təcrübə, intizam, rəqabət gətirdi. Ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, Ramos PSJ-nin heyətində iki mövsüm ərzində 57 oyunda 5 dəfə fərqlənib.
 

writer photo
Əlirza Əlirzalı
0