PSJ yayda onları göndərəcək
09.03.2023 - 13:13
PSJ yayda onları göndərəcək

Yayda PSJ-nin yola salacağı iki futbolçunun adı bəlli olub.

Apasport.az saytı xəbər verir ki, Paris klubu mövsümün sonunda Serxio Ramos və Əşrəf Hakimi ilə vidalaşacaq.

Fransa təmsilçisi 36 yaşlı ispaniyalı müdafiəçi Serxio Ramosa yeni müqavilə təklif etməyəcək və o, komandadan azad agent kimi ayrılacaq. 24 yaşlı mərakeşli arxa xətt oyunçusu Əşrəf Həkimi isə satışa çıxarılacaq. 

Qeyd edək ki, Ramos davam edən mövsümdə 35 oyunda iştirak edərək 2 qol və 1 assitlə yadda qalıb. Mərakeş millisinin də şərəfini qoruyan Hakimi isə 32 oyuna 4 qol vurub, 5 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0