PSV "Bavariya"nın keçmiş futbolçusunu transfer edə bilər
17.09.2024 - 14:14
PSV "Bavariya"nın keçmiş futbolçusunu transfer edə bilər

PSV daha əvvəl "Bavariya"da çıxış etmiş təcrübəli futbolçu ilə gücləndirilə bilər.

Apasport.az xəbər verir ki, klub hazırda azad agent olan İvan Perişiçlə maraqlanır.

Jurnalist Fabrizio Romanonun məlumatına görə, PSV "Hayduk"dan ayrıldıqdan sonra azad agentə çevrilən 35 yaşlı Perişiçlə danışıqlar aparır.

Tərəflərin əməkdaşlığın təfərrüatları barədə razılığa nə dərəcədə yaxın olduqları hələlik məlum deyil.

Perişiç daha əvvəl "Bavariya" ilə yanaşı , "Milan" və "Tottenhem" klublarında da çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0