Qadın futbolçular narazıdır - forma bədənlərinə yapışır
28.09.2023 - 16:16
Qadın futbolçular narazıdır - forma bədənlərinə yapışır

“Aston Villa”nın futbolçuları yeni formalardan şikayətçidirlər.

Apasport.az saytı xəbər verir ki, Birmingem təmsilçisinin qadın komandasının üzvləri yeni geyimləri bəyənməyiblər.

Xanımlar yeni formaların tərlədikləri zaman bədənlərinə yapışdığını, bu vəziyyətin isə onları narahat etdiyini bildiriblər. Maraqlıdır ki, eyni problem kişilərin də formalarında müşahidə olunur. Komanda üçün geyimləri hazırlayan firma isə açıqlamasında vəziyyətdən xəbərdar olduqlarını və problemi aradan qaldıracaqlarını bildiriblər.

Qeyd edək ki, İngiltərədə qadınların mübarizəsinə oktyabrın 1-də start verilir. İlk turda “Aston Villa” evində “Mançester Yunayted”i sınağa çəkəcək.

writer photo
Əlirza Əlirzalı
0