“Qalatasaray” “Barselona”dan onu istəyir
23.12.2022 - 12:54
“Qalatasaray” “Barselona”dan onu istəyir

Türkiyənin “Qalatasaray” klubu heyətini gücləndirə bilər.

Apasport.az saytı Türkiyə mətbuatına əsasən xəbər verir ki, İstanbul nəhəngi “Barselona”nın hücumçusu Memfis Depayı qış “transfer pəncərə”sində rənglərinə bağlamağı planlaşdırır.

Kataloniya klubundan ayrılacağını açıqlayan Depayın keçidindəki ən böyük əngəl futbolçunun maaşı göstərilir. Niderland millisinin də şərəfini qoruyan 28 yaşlı forvardın “Barselona”dakı illik əməkhaqqısı 10 milyon avrodur. “Çim-bom” isə ona maksimum 4,5 milyon avro maaş verə biləcəyini açıqlayıb.

Qeyd edək ki, Depay 2021-ci ildən “Barselona”da oynayır. 
 

writer photo
Əlirza Əlirzalı
0