"Qalatasaray" baş məşqçisi ilə vidalaşdı
21.06.2022 - 22:54
"Qalatasaray" baş məşqçisi ilə vidalaşdı

Türkiyənin "Qalatasaray" klubu baş məşqçisi Domenek Torrenlə vidalaşıb.

Apasport.az xəbər verir ki, bu barədə məlumatı İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə yayıb. 

Bu ilin yanvarında “sarı-qırmızılar”ın “sükanı arxasına” keçən ispaniyalı istefaya göndərilib. Onunla yanaşı, köməkçiləri ilə də müqaviləyə xitam verilib. 

Torreni “Qalatasaray”ın sabiq futbolçusu Okan Burukun əvəzləyəcəyi gözlənilir. 

Qeyd edək ki, ispaniyalı mütəxəssislə müqavilə 2023-cü ilin yayınadək idi.
 

writer photo
Əlirza Əlirzalı
0