Azərbaycanlı hakim avrokubok matçında
06.01.2025 - 13:50
Azərbaycanlı hakim avrokubok matçında

Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev bu il ilk dəfə avrokubok təyinatı alıb.

Apasport.az xəbər verir ki, o, qadınlar arasında CEV kubokunun pley-off mərhələsinin "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.

Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq.

Qarşılaşmanın digər hakimi Aqnes Batkai-Katona (Macarıstan) olacaq.

Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.

0