Yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub
15.03.2024 - 12:04
Yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na yekun vurulub.

Apasport.az xəbər verir ki, yarışın sonuncu günündə idmançılarımızdan İsa Yusibov (65 kq) qızıl, Məhəmməd Abbaszadə (80 kq) və İsmayıl Kərimov (110 kq) gümüş, Hüseyn Məmmədtağızadə (80 kq) isə bürünc medal qazanıblar.

Yunan-Roma güləşində Orxan Hacıyev (80 kq) qızıl, Emil Abdullayev (65 kq) gümüş, onunla eyni çəkidə yarışan İsbəndiyar İmanov isə bürünc medala sahib olublar.

writer photo
Əlirza Əlirzalı
0