"Qalatasaray" - "Beşiktaş" matçının hakimi bəlli olub
01.08.2024 - 13:45
"Qalatasaray" - "Beşiktaş" matçının hakimi bəlli olub

Türkiyə Superkoboku çərçivəsində "Qalatasaray" və "Beşiktaş" arasında keçiriləcək matçın hakimi bəlli olub. 

Apasport.az xəbər verir ki, qarşılaşmanı Atilla Karaoğlan idarə edəcək.

Karaoğlanın köməkçiləri Abdullah Bora Özkara və Volkan Ahmet Narınç olacaq. Matçın dördüncü hakimi Mehmet Türkmen olacaq.

Qeyd edək ki, 3 avqust Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtilə saat 21:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0