"Qalatasaray" "Brayton"un yarımmüdafiəçisi ilə maraqlanır
22.01.2024 - 14:33
"Qalatasaray" "Brayton"un yarımmüdafiəçisi ilə maraqlanır

"Qalatasaray" yeni transfer xəbərləri ilə gündəm olub.

Apasport.az xəbər verir ki, "Brayton"un 24 yaşlı futbolçusu Yakub Moder "aslanlar"ın maraq dairəsindədir.

Transfer qiyməti 11 milyon avro olan yarımmüdafiəçi "Qalatasaray" tərəfindən icarəyə götürülə bilər.

Komandada oynamaq şansı az olan polşalı futbolçu klubdan ayrılmaq istəyir. Türkiyə təmsilçisi oyunçunun transferini yaxın günlərdə bitirmək niyyətindədir.

Qeyd edək ki, Moder "Brayton"a Polşanın "Lex" klubundan keçib.

writer photo
Əlirza Əlirzalı
0