“Qalatasaray” iki futbolçu ilə yolları ayırır
30.10.2023 - 19:01
“Qalatasaray” iki futbolçu ilə yolları ayırır

“Qalatasaray” qışda iki futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Apasport.az xəbər verir ki, İstanbul klubu Viktor Nelson və Sedrik Bakambunu yola salacaq.

“Sarı- qırmızı”lı komandanın ötən mövsüm çempion olmasında böyük rolu olan danimarkalı mərkəz müdafiəçisi Nelson bu mövsüm meydana az çıxmasından şikayətçidir. Xüsusilə Davinson Sançesin gəlişindən sonra yaşıl meydanlara həsrət qalan futbolçunun qışda klubu tərk edəcəyi bildirilir.

“Qalatasaray”ın yayda sərbəst futbolçu kimi heyətə cəlb etdiyi Sedrik Bakambu isə ona bəslənən ümidləri doğrultmur. Viktor kimi o da az oynadığı üçün baş məşqçi Okan Burukdan narazıdır.

Qeyd edək ki, Nelson bu mövsüm 13, Bakambu isə 9 matçda iştirak etsələr də fərqlənə bilməyiblər.

writer photo
Əlirza Əlirzalı
0