"Qalatasaray" Muslera ilə yeni müqavilə imzalayacaq
09.03.2024 - 14:44
"Qalatasaray" Muslera ilə yeni müqavilə imzalayacaq

 13 ildir "Qalatasaray"da çıxış edən Fernando Musleranın "sarı-qırmızılar"la müqaviləsi mövsümün sonunda başa çatacaq.

Apasport.az məşhur insayder Nikolo Şiraya istinadla xəbər verir ki,  "aslanlar" uruqvaylı əlcəklə 2025-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalayacaq.

Ötən gün keçirilən “Rizəspor” matçında Fernando Muslera Super Liqada 400-cü matçına çıxıb və bu rəqəmə çatan ilk əcnəbi futbolçu olub.

Qeyd edək ki, "Qalatasaray" 2011-12 mövsümünün əvvəlində Fernando Musleranın transferi üçün "Latsio"ya 6,75 milyon avro ödəyib.

writer photo
Əlirza Əlirzalı
0