“Qalatasaray” onunla razılaşdı
11.04.2023 - 11:27
“Qalatasaray” onunla razılaşdı

“Qalatasaray”ın futbolçusu Bafetimbi Qomisin gələcək karyerasına aydınlıq gəlib.

Apasport.az saytı xəbər verir ki, İstanbul klubu ilə müqaviləsi mövsümün sonunda bitəcək 37 yaşlı hücumçu Türkiyəni tərk etməyəcək. 

O, daha bir mövsüm “Qalatasaray”ın şərəfini qoruyacaq. Fransalı futbolçu ilə danışıqların müsbət yöndə davam etdiyi və yeni razılaşmaya imza atılacağı bildirilir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində yenidən “Qalatasaray”a qayıdan Qomis davam edən mövsümdə 24 matçda iştirak edərək, 10 qol və 3 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0