“Qalatasaray”da 5 yeni transfer
08.09.2022 - 15:13
“Qalatasaray”da 5 yeni transfer

“Qalatasaray” yay transfer pəncərəsinin sonunda heyətini gücləndirib.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu 5 futbolçu ilə danışıqları yekunlaşdırdığını açıqlayıb.

29 yaşlı Mauro İkardi PSJ-dən icarəyə götürülüb. Avstriya “Rapid”indən Yusuf Demir 6 milyon avroya transfer olunub. Danimarka “Olborq”unun üzvü Matias Ross da “Qalatasaray”a keçib. 

Xuan Mata azad agent kimi “Qalatasaray”a qoşulub. Onunla bir illik müqavilə imzalanıb. Digər transfer isə Milot Raşitsadır.

Qeyd edək ki, Türkiyədə transfer pəncərəsi bu gün başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0