“Qalatasaray”da 662 günlük həsrət bitdi
26.12.2022 - 10:01
“Qalatasaray”da 662 günlük həsrət bitdi

Türkiyənin “Qalatasaray” klubunun liderlik həsrəti sona çatıb.

Apasport.az saytı xəbər verir ki, bu, Super Liqanın XV turunda “İstanbulspor”a qalib gəldiyi görüşdən sonra baş verib. 

Evdə rəqibini 2:1 hesabı ilə məğlub edən “cim-bom” 662 gündən sonra turnir cədvəlində ilk sıraya yüksəlib. Çempionatda ardıcıl dördüncü qələbəsini qazanan “sarı-qırmızılar” 30 xalla ən yaxın izləyicisi “Fənərbaxça”nı 1 xal qabaqlayır.

Qeyd edək ki, “Qalatasay” növbəti turda “Sivasspor”un qonağı olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0