"Qalatasaray"da Muslera qərarı
27.01.2024 - 12:57
"Qalatasaray"da Muslera qərarı

"Qalatasaray" mövsümün sonunda müqaviləsi bitəcək Fernando Muslera ilə bağlı qərar verib. 

Apasport.az xəbər verir ki, İstanbul klubu uruqvaylı qolkiperə yeni təklif irəli sürəcək. 

Musleraya aşağı maaşla bir illik müqavilə təklif olunacaq.

Ölkəsinə qayıtmaq fikri olan 37 yaşlı qolkiper qərarı barədə yaxın vaxtlarda açıqlama verəcək.

Qeyd edək ki, uruqvaylı 2011-ci ildən "sarı-qırmızılı" komandanın şərəfini qoruyur. 

writer photo
Əlirza Əlirzalı
0