“Qalatasaray”dan çətin qələbə
24.08.2023 - 01:06
“Qalatasaray”dan çətin qələbə

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları başa çatıb.

Apasport.az-ın məlumatına görə, “Qalatasaray” Nörveç səfərindən qələbə qazanıb. 

“Molde”nin qonağı olan Türkiyə çempionu son saniyələrdə qələbə qolunu vurub. Hakimin əsas vaxta əlavə etdiyi dəqiqələrdə İkardinin fərdi ustalığı sayəsində Midstyo top qapıdan keçirib. Bu nəticə cavab matçı ərəfəsində “Qalatasaray”a qrup mərhələsinə yüksəlmək üçün yaxşı şans verir. 

“Braqa” öz meydanında minimum hesablı qələbə qazanıb. Portuqaliyalılar “Panatinaikos”a 2:1 hesabı ilə qalib gəliblər. Qonaq komanda son dəqiqədə fərqlənərək, cavab oyununa daha ümidli çıxacaq. İsrailin Hayfa şəhərində keçirilən “Makkabi” – “Yanq Boys” matçında isə qapılara qol vurulmayıb.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar
23 avqust

“Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) – 2:3
“Makkabi” (Hayfa, İsrail) – “Yanq Boys” (İsveçrə) – 0:0
“Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan) – 2:1

writer photo
Əlirza Əlirzalı
0