"Qalatasaray"ın daha bir futbolçusu üçün təklif var
07.08.2024 - 19:54
"Qalatasaray"ın daha bir futbolçusu üçün təklif var

Vilfred Zaha üçün təklif gözləyən "Qalatasaray"ın qapısını döyən ilk klub "Əl İttihad" olub.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçu üçün 5 milyon avrosundan keçməyə hazırdır.

"Sarı-qırmızılar" isə Zaha üçün ən azı 10 milyon avroluq təklif istəyir. 31 yaşlı futbolçunun klubla müqaviləsi 2026-cı ilə qədərdir. 

Qeyd edək ki, Vilfred Zaha İstanbul təmsilçisinin heyətində ümumilikdə 43 matça çıxıb, 10 qol, 5 qol ötürməsi ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0