Yay fasiləsində “Benfika”dan Haris Seferoviçi icarəyə götürən “Qalatasaray” isveçli hücumçunun çıxışından məmnun deyil.
Apasport.az saytının məlumatına görə, Türkiyə klubu qış fasiləsində yeni forvard axtarışında olacaq.
“Cim-bom” bu problemi Xorvatiyanın “Osiyek” klubunda çıxış edən Dion Drena Belyo ilə həll etmək niyyətindədir. Ancaq 20 yaşlı qolçu ilə maraqlananlar arasında “Anderlext”, “Borussiya” (Mönhenqladbax), “Bazel”, “Sampdoriya”, “Vest Hem” və “Ştutqart” da var. Xorvatiyalının hazırda transfer qiyməti 4,5 milyon avroya bərabər göstərilir.
Qeyd edək ki, “Osiyek”lə müqaviləsi 2025-ci ilə qədər olan 195 sm-lik nəhəng Dion Drena Belyo cari mövsüm 17 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə verib.