“Qalatasaray”ın istədiyi norveçli
20.10.2022 - 11:38
“Qalatasaray”ın istədiyi norveçli

“Valerenqa”nın futbolçusu Osame Saxraui karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumameyilli yarımmüdafiəçi “Qalatasaray”ın maraq dairəsindədir.

Türkiyə klubu Norveçin gənclər millisinin üzvü üçün qarşı tərəfə 2 milyon avro təklif edib. Ancaq “Valerenqa” rəhbərliyi məbləğin az olduğunu bildirərək rədd cavabı verib. Futbolçunun meneceri Mohammed Fellah da bu məlumatı təsdiqləyib. O, transferdə tələsik addım atmaq istəmədiklərini söyləyib.

“Cim-bom” qış fasiləsində və ya mövsümün sonunda “Valerenqa” ilə yenidən təmasa keçmək, daha yüksək məbləğ təklif etməyi planlaşdırır.

Qeyd edək ki, “Valerenqa” ilə müqavilə müddəti gələn ilin sonuna qədər olan Osame Saxraui Norveçin U-21 yığmasının heyətində 7 oyun keçirib, yeganə qolunu Azərbaycan yığmasına vurub.

writer photo
Əlirza Əlirzalı
0