“Qalatasaray”ın kassası dolub-daşır
04.10.2023 - 14:43
“Qalatasaray” kassasını doldurmağa davam edir.
Apasport.az xəbər verir ki, “aslanlar”ın Çempionlar Liqasında bu mövsümkü qazancı 30 milyon avroya yaxınlaşıb.
Turnirin ikinci oyununda səfərdə “Mançester Yunayted”i 2:3 hesabı ilə məğlub edən İstanbul klubu 2,8 milyon avro qazanmış oldu. İlk oyundakı “Kopenhagen” (2:2) bərabərliyindən 930 min avro gəlir əldə edən komanda qruplara vəsiqə qazandığı üçün UEFA-dan 26 milyon 230 min avro alıb.
Qeyd edək ki, qrupda keçirdiyi iki oyundan 4 xal toplayan “cim-bom” turnir cədvəlində lider “Bavariya”dan 2 xal geri qalaraq 2-ci pillədə qərarlaşıb.
0
0