"Qalatasaray"ın transfer planları
15.12.2023 - 13:19
"Qalatasaray"ın transfer planları

"Qalatasaray"ın qış transfer planları bəlli olub.

Apasport.az xəbər verir ki, Türkiyə klubu Avropada və kubokda hədəfə doğru irəliləmək üçün 2 oyunçu transferi planlaşdırır. 

Bu baxımdan ilk olaraq "Roma"nın 30 yaşlı sol cinah müdafiəçisi Leonardo Spinazzola “sarı-qırmızılar”ın gündəmindədir. Digər tərəfdən transfer fürsətlərini dəyərləndirən "Cim Bom"un hədəfində "Arsenal"ın 31 yaşlı yarımmüdafiəçisi Jorginyo var.

Qeyd edək ki, indiyədək komandaya heç bir töhfə verməyən fransalı futbolçu Ndombelenin icarə müqaviləsinə xitam veriləcək və yenidən İngiltərəyə göndəriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0