"Qalatasaray"ın yeni transferi zədələndi
16.02.2024 - 11:31
"Qalatasaray"ın yeni transferi zədələndi

"Qalatasaray"ın ara transfer dövründə heyətinə qatdığı Serge Aurier millidə zədələnib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. 

"Qalatasaray"ın Serj Aurierin zədəsi ilə bağlı verdiyi məlumatda belə deyilir: "Yeni transferimiz Serge Aurier Afrika Kubokunun finalında ölkəsi - Kot d-İvuarın Nigeriya ilə oynadığı matçda bel əzələsinin yuxarı hissəsində ağrı hiss edib. MRT müayinəsində müvafiq hissədə ikinci dərəcəli gərginlik (dartılma və qanaxma) aşkar edilib. Futbolçunun müalicəsinə başlanıldı”.

Okan Buruk dünən axşam "Sparta Praqa" (3:2) matçından sonra Aurier haqqında bunları deyib: "Bildiyiniz kimi, Aurier millidən gəlib. O, 7 oyun keçirib, son matçda bel əzələsində əzilmə olub. Futbolçunun nə vaxt qayıdacağı barədə məlumatımız yoxdur".

writer photo
Əlirza Əlirzalı
0