Qallaher rəsmən İspaniya klubunda
21.08.2024 - 15:54
Qallaher rəsmən İspaniya klubunda

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher “Atletiko” (Madrid) ilə anlaşıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Bu transfer Madrid təmsilçisinə 40 milyon avroya başa gəlib.

Qallaher ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 50 oyun keçirib və 7 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0